Bakı şəhər Prokurorluğunda ARAŞDIRMALAR BAŞLADI - Azərbaycan futbolunda OYUN ALVERİ...

4-06-2018, 08:29           

I Divizionda oyun alveri məsələsi ilə bağlı Bakı şəhər Prokurorluğu araşdırma aparır.

Sportlife.az-a daxil olan məlumata görə, bununla bağlı AFFA-dan prokurorluğa rəsmi müraciət ünvanlanıb. Müraciətin təşəbbüskarının AFFA-nın baş katibi Elxan Məmmədov olduğu deyilir.

Mənbənin verdiyi məlumatda bildirilir ki, məsələ dərindən araşdırılır və dindirilənlər kifayət qədərdi. Bunlar arasında hakimlər, klub prezidentləri, baş məşqçilər və futbolçular da var.

Mənbənin dediyinə görə, daha çox “Sabah”, “Qaradağ Lökbatan” və "Turan-Tovuz" klublarının iştirakıyla keçirilmiş qarşılaşmalar şübhəli bilinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru