“Qarabağ”dan möhtəşəm qələbə - 3:0

1-08-2018, 23:30           
“Qarabağ”dan möhtəşəm qələbə - 3:0
Azərbaycan çempionu "Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Ağdam klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya təmsilçisi "Kukesi” ilə cavab matçına çıxacaq.

Səfərdə keçirilən ilk oyunda qolsuz heç-heçə edən "köhlən atlar” doğma meydanda qələbə qazanmağa çalışacaq.

Bu cütün görüşündə qələbə qazanan komanda ÇL-in 3-cü təsnifat mərhələsində BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakıdakı görüşdə uduzan komanda isə Avropa Liqasına yollanacaq. Həmin komandanın rəqibi "Torpedo” (Gürcüstan) - "Vikinqur” (Farer adaları) cütünün qalibi olacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu

1 avqust
21:00. Qarabağ - Kukesi
(İlk oyun 0:0)

Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Hrka.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

***

Matç başladı.

***

İlk təhlükəli epizod 9-cu dəqiqədə yaşanıb. "Kukesi" müdafiəçilərinin cərimə xətti daxilində buraxdığı səhvdən sonra topu ələ keçirən Miçelin zərbəsi qapının yanından keçib.

***

23-cü dəqiqədə "Qarabağ" penalti qazandı. "Kukesi" müdafiəçisi Emeqaranı kobudluqla dayandırıb.

***

Penalti zərbəsini Dani Kintana dəqiq yerinə yetirib və "Qarabağ" hesabda 1:0 önə çıxarıb.

***

İlk hissədə başqa qol vurulmayıb və "Qarabağ" fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

***

İkinci hissə başladı.

***

52-ci dəqiqədə "Qarabağ" daha bir penalti qazanıb. Yenə baş rolda Emeqara olub. O, qapıçını da keçdikdən sonra topu qapıya göndərərkən rəqib müdafiəçi Albi Alla əllə oynayıb. O, bu hərəkətinə görə meydan qovulub.

Bu dəfə topun başına Emeqara özü keçsə də, onun zərbəsini qapıçı dəf edib. Beləliklə, "Qarabağ"ın 1:0 hesablı üstünlüyü davam edib, rəqib isə azlıqda qalıb.

***

57-ci dəqiqədə Emeqara "Qarabağ"a 3-cü penaltini qazandırıb. Bu dəfə topun başına yenə Dani Kintana keçib və hesabı 2:0 edib.

***

89-cu dəqiqədə "Qarabağ" hesabı 3:0 edib. Daha bir yeni transfer Con Delarj ilk matçında fərqlənməyi bacarıb/qafqazinfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.