Erməni güləşçi idmançımıza son on saniyədə təslim oldu - VİDEO

2-08-2018, 12:19           
Erməni güləşçi idmançımıza son on saniyədə təslim oldu - VİDEO
Xəbər verdiyimiz kimi, İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatında 72 kq çəki dərəcəsində yarışan idmançımız Ülvi Qənizadə turnirin qızıl medalını qazanıb.

FaktXəbər-in verdiyi məlumata görə, onun rəqibləri postsovet təmsilçiləri olub.

Belə ki, idmançımız 1/16 finalda Ukraynanı təmsil edən Pərviz Nəsibovu 6:0, 1/8 finalda litvalı Titas Kerşeviçiusu 9:0, 1/4 finalda erməni Malxas Amoyanı 7:1, 1/2 finalda gürcü Nikoloz Çikaidzeni 8:6 və finalda rusiyalı Məhəmməd Yarbilovu 3:1 məğlub edib.

Təbii ki, ən prinsipial görüş sonradan bürünc medal qazanan erməni idmançısı ilə qarşılaşma olub. Malxas Amoyan Ülvi Qənizadəyə qalib gələ bilməyəcəyini düşünərək on saniyə qalmış döyüşsüz təslim olub. Həmin görüşün videosunu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru