Bakıda dəhşətli qəza: sərnişin dolu avtobus TIR-a çırpıldı - Yaralılar var

6-02-2019, 12:38           
Bakıda dəhşətli qəza: sərnişin dolu avtobus TIR-a çırpıldı - Yaralılar var
Bu gün səhər saatlarında 551 saylı sərnişin avtobusu qəzaya uğrayıb.

Teref.az Baku.ws-yə istinadən xəbər verir ki, içərisində sərnişin dolu avtobus yüksək sürətlə gedərkən sürücü idarəetməni itirib. Nəticədə avtobus qarşıdakı TIR-a çırpılıb.

Bildirilir ki, qəza nəticəsində 10-dan çox yaralanan olub.

Hadisə barədə ətraflı məlumat almaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, yol qəzası bu gün səhər saatlarında baş verib.

"Həmin avtobusun əyləc sistemi işləməyib və nəticədə maşın qarşıdakı yük avtomobilinə çırpılıb. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər. Əslində deyildiyi kimi avtobusun sürəti çox olmayıb”, - deyə N. Allahyarova qeyd edib.

Qurum rəsmisi deyir ki, N. Allahyarova deyir ki, qəza nəticəsində xəsarət alanlardan 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri hamilə qadındır. Onun vəziyyəti stabildir. Digər 6 sərnişinə isə yerində köməklik göstərilib.

Bundan başqa, 551 saylı avtobusla bağlı vəziyyət heç də xoşagələn deyil. Bu səbəbdən, həmin daşıyıcı şirkətin rəhbərliyinə 2 dəfə xəbərdarlıq edilib.

Hazırda şirkətlə bağlı tədbir görüləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.