Alimlər süni dəri hazırladılar

8-02-2019, 08:34           
Alimlər süni dəri hazırladılar
Konnektikut və Toronto universitetlərinin tədqiqatçıları tərəfindən hazırlanmış süni dəri güclü maqnit sahəsi və təzyiq dəyişikliklərinə reaksiya verən çoxfunksiyalı sensorlar sayəsində onun sahibini xüsusi imkanlarla təmin edə bilər.

Teleqraf.com xəbər verir ki, elektron dərinin əsasını maqnit sahəsinə reaksiya verən ferromaqnit mayesi (ferroflyuid) ilə doldurulmuş elastik silikon borudan ibarət "ferroflyuid əsasında multimodal triboelektrik nanogenerator" (FO-TENG) təşkil edir. Silikon boru elektrik siqnallarını keçirən mis məftillərdən ibarət sarğıya malikdir.

Mütəxəssislərdən biri “Science Daily” nəşrinə deyib ki, yeni süni dəri "su keçirmir və dartılıb-uzadıla bilir ki, bu da ona öz formasını illərlə saxlamağa imkan verir.

Tədqiqatçılar ümid edirlər ki, müvafiq icazə alındıqdan sonra təhlükəli materialların utilizasiyası vaxtı, avtomatlaşdırılmış axtarış-xilasetmə missiyalarında, həmçinin güclü yanıq xəsarəti almış şəxslər üçün protezlərin hazırlanması vaxtı süni dəridən istifadə etmək mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru