ABŞ-ın başçılığındakı koalisiya və əsasını YPG-nin təşkil etdiyi Demokratik Suriya Qüvvələri (DSQ) 4 günlük fasilədən sonra İŞİD-in nəzarətində olan son yaşayış məntəqəsi Baqoza doğru yenidən hücuma keçib.
Axar.az xəbər verir ki, müttəfiq qüvvələrin havadan və qurudan əraziyə zərbələr endirdiyi deyilib.
Tərəflər arasında silahlı atışmaların yaşanmasına baxmayaraq, YPG irəliləyiş əldə edə bilməyib.