Azərbaycanlılar ilə afrikalılar arasında kütləvi dava - Almaniyada

13-02-2019, 10:22           
Azərbaycanlılar ilə afrikalılar arasında kütləvi dava - Almaniyada
Almaniyanın Frankfurt-Mayn şəhərində azərbaycanlılar ilə kamerunlular (afrikalılar) arasında kütləvi dava olub, iki azərbaycanlı xəsarət alıb.

Dia.az Report-a istinadən xəbər verir ki, kütləvi davaya şəhərin mərkəzi dəmir yolu vağzalındakı kafelərin birində tərəflər arasında yaranan mübahisə səbəb olub.

Yer üstündə yaranan anlaşılmazlıq və kamerunlunun təhqiri mübahisəyə daha sonra isə əlbəyaxa davaya çevrilib. Təxminən 10 nəfərə yaxın kamerunlunun və 5 nəfər azərbaycanlının arasında baş verən davada Cəbiyev Ruslan və Kərimov Tahir adlı azərbaycanlı baş və qol nahiyələrindən xəsarət alıblar. Hər iki tərəf polis tərəfindən saxlanılaraq cərimələniblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru