“Mİ-6” rəhbərinin "Brexit"ə görə vəzifədən getməsi ləngiyəcək

13-02-2019, 13:09           
“Mİ-6” rəhbərinin "Brexit"ə görə vəzifədən getməsi ləngiyəcək
Böyük Britaniyanın “Mİ-6” xarici kəşfiyyat xidmətinin rəhbəri Aleks Yanger ötən ilin noyabr ayında 5 il işlədikdən sonra vəzifədən gedəcəyini açıqlamasına baxmayaraq, həssas "post-Brexit" dövründə sözügedən idarəyə rəhbərlik edəcək.

“Report” “The Times”a istinadən xəbər verir ki, hökumət üzvləri A.Yangerin "Brexit"dən sonra daha 12-24 ay “Mİ-6”nın rəhbərliyində qalmasını istəyirlər.

Beləliklə, məsələ rəsmi şəkildə həllini tapsa, A.Yanger 1960-cı illərdən sonra həmin vəzifədə ən çox qalan şəxs olacaq. Mövcud ənənəyə görə isə bu kimi vəzifələrdə 5 ildən çox işləmək olmaz.

Həmçinin “Mİ-5” əks-kəşfiyyat xidmətinin 2013-cü ildə təyin olunmuş rəhbəri Əndrü Parkerin də həmin vəzifədə 2020-ci ilədək işləməyə razılıq verdiyi misal gətirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru