Bolnisinin keçmiş icra başçısı saxlanıldı - Cinayətdə ittiham olunur

14-02-2019, 17:35           
Bolnisinin keçmiş icra başçısı saxlanıldı - Cinayətdə ittiham olunur
Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonu administrasiyasının keçmiş rəhbəri Giorgi Arevadze saxlanılıb.

İlkin məlumatlara görə, o, vəzifədə olarkən müxtəlif cinayətlər törətməkdə ittiham olunur.

G.Arevadze 2004-2007-ci illərdə Bolnisi rayonu administrasiyasının rəhbəri vəzifəsini tutub.

Gürcüstanın Baş Prokurorluğu keçmiş dövlət məmurunun saxlanılmasını təsdiq etsə də, istintaqın hansı maddə üzrə aparıldığını hələlik açıqlamır.

G.Arevadzeyə qarşı bu gün ittihamın rəsmən irəli sürüləcəyi gözlənilir/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.