Azərbaycanda TÜKÜRPƏDƏN HADİSƏ - Övladı olmayan cütlük özlərini asdılar

16-02-2019, 06:53           
Azərbaycanda TÜKÜRPƏDƏN HADİSƏ - Övladı olmayan cütlük özlərini asdılar
Hacıqabulda ər və arvad intihar ediblər.

Publika.az tanınmış jurnalist Emil B. Məmmədova istinadən xəbər verir ki, hadisə rayonun Kolanı kəndində baş verib.

Xeyli vaxtdır ailə qurmalarına baxmayaraq, övladları olmayan 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov və 1985-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəliblər. Kişi bu ayrılığa dözməyərək özünü həyətdəki ağacdan asaraq intihar edib.

Bu xəbəri atası evində eşidən qadın da eyni üsulla intihar edib.

Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.