Bakı metrosunda qanlı insident: Adamı vurub qaçdı – VİDEO
16-02-2019, 16:21
Bakı metrosunda qanlı insident yaşanıb. Teref.az xəbər verir ki, “28 May” stansiyasından “Gənclik” stansiyasına gedən qatarda naməlum şəxs bir nəfəri bıçaqlayıb.
Hadisəni törədən şəxs növbəti stansiyada düşüb, qaçıb.
Bıçaqlanan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.