Polşa HHM və RƏM idarəetmə sistemlərinə $713 milyon xərcləyəcək

15-03-2019, 07:27           
Polşa HHM və RƏM idarəetmə sistemlərinə $713 milyon xərcləyəcək
ABŞ ordusu Amerikanın "Northrop Grumman Corporation" hərbi-sənaye şirkəti ilə müqavilə bağlayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, müqavilə Polşada Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin yaradılmasının birinci fazası çərçivəsində "IBCS" rabitə və idarəetmə sistemlərinin istehsalı üzrə bağlanıb.

Məlumata əsasən, müqavilənin dəyəri 713 milyon dollar təşkil edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.