Polisə bıçaqla hücum edən qaçqın vuruldu – Almaniyada

16-03-2019, 07:44           
Polisə bıçaqla hücum edən qaçqın vuruldu – Almaniyada
Almaniyada deportasiya olunmamaq üçün polisə bıçaqla hücum edən qaçqın silahla vurulub. AzEuroNews.com xəbər verir ki, hadisə Şimali Reyn Vestfaliya (NRW) əyalətinin Bad Honef şəhərində qeydə alınıb. Belə ki, 30 yaşlı əslən Seneqaldan olan qaçqını deportasiya etmək üçü onun yaşadığı evə gələn polis əməkdaşları bıçaqlı hücuma məruz qalıblar. Seneqallı polislərə bıçaqla hücum edərək onların getməsini tələb edib.

Polis əməkdaşlarından biri onu silahla qolundan vurub. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralı qaçqın xəstəxanaya çatdırılıb. Bad Honnef xəstəxanasından verilən məlumata görə, hazırda onun vəziyyəti normaldır.

Hadisə ilə bağlı Bonn şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.