Eldar Sabiroğlunun oğlu əfv olundu - Atası danışdı

16-03-2019, 20:56           
Eldar Sabiroğlunun oğlu əfv olundu - Atası danışdı
Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlunun oğlu, müstəntiq Rüfət Səfərov da azadlığa çıxıb.

“GUNDEMINFO” xəbər verir ki, prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında onun da adı var.

Qeyd edək ki, R.Səfərov rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Oğlunun həbsdən çıxması ilə bağlı “Azadlıq radiosu”na danışan E.Sabiroğlu “Rüfətin azadlığa qovuşmasını gözləmirdim, lakin bu, baş verdi. Valideyn olaraq sevinc içərisindəyəm. Prezident xeyirxah bir addım atdı. Azad olunan bütün məhbuslar üçün sevinc hissi keçirirəm” deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru