Perunun eks-prezidenti Alexandro Toledo ABŞ-da saxlanılıb. Trend-in məlumatına görə, Kaliforniya ştatının polisi Toledonu restoranların birində sərxoş vəziyyətdə saxlayıb.
Toledonu bazar günü axşam saxlanılıb və bazar ertəsi buraxılıb. Qeyd edək ki, Peru XİN-dən bu məlumatı təsdiqləyiblər.