Separatçılar “atəş nöqtəsini” məhv etdiklərini açıqladı
20-03-2019, 16:03
Donetsk separatçıları Ukrayna Silahlı Qüvvələrinin atəş nöqtəsini məhv etdiklərini açıqlayıb.
Axar.az xəbər verir ki, Donetsk separatçıları Ukrayna Silahlı Qüvvələri tərəfindən minaatan, zirehli texnika, qumbaraatanlardan endirilən zərbə nəticəsində bir milisin öldüyünü bildiriblər.
“Cavab zərbəsi ilə düşmənin atəş nöqtəsi məhv edilib”, - Donetsk separatçılarının “xalq milisi idarəsinin” mətbuat katibi Daniel Bezsonov deyib.