DİM məhkəməyə verildi – 75 manata görə

20-03-2019, 19:30           
DİM məhkəməyə verildi – 75 manata görə
“Azercell Telekom” MMC borcun ödənilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsə qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, MMC 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyi ərizədə DİM-dən 74,74 manat rabitə xidmətindən istifadə haqqının və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 94,74 manat vəsaitin məcburi tutulması haqqında məhkəmə əmri qəbul edilməsini xahiş edib.

Hakim Səbinə Nuriyevanın çıxardığı qərardada əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Lakin Mülki Prosessual Məcəlləyə görə, lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr istisna təşkil edir. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunub, lakin əlavə olunub ki, bu qərar “Azercell”in həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru