ABŞ “F-35″lərin Türkiyəyə tədarükünə hazırlıqları dayandıra bilər

21-03-2019, 14:30           
ABŞ “F-35″lərin Türkiyəyə tədarükünə hazırlıqları dayandıra bilər
ABŞ “F-35″ təyyarələrinin Türkiyəyə tədarükü üzrə hazırlıqların dayandırılması ehtimalını nəzərdən keçirir.

Bu barədə “Report” TASS-a istinadla xəbər verir.

ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edən Keti Uilbarger “Reuters”ə açıqlamasında Türkiyənin hansı qərarı verəcəklərini gözlədiklərini, bu əsasda yeni müntəzəm olaraq qərarların qəbul olunduğunu söyləyib.

Onun sözlərinə görə, Türkiyəyə siqnal vermək üçün çox şey dayandırıla bilər.

Qeyd edək ki, Türkiyə azı 100 ədəd “F-35 Lightining II” satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə “F-35″lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir. Ankara proqrama 2002-ci ildə qoşulub. Daha əvvəl ABŞ Konqresi Türkiyənin Rusiyadan “S-400″ zenit-raket kompleksləri tədarük etmək planlarına görə qırıcıların Ankaraya satışını dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Əlavə edək ki, buna qədər ABŞ-ın Texas ştatının Fort Uert şəhərində yerləşən “Lockheed Martin” müəssisəsində Türkiyə tərəfinə ilk iki “F-35″ qırıcısının verilməsi baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru