Ağır qəza- 2 nəfər yanaraq öldü...

22-03-2019, 09:34           
Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.
Ağır qəza- 2 nəfər yanaraq öldü...
FHN-dən Teref.az-a verilən məlumata görə, “Mercedes” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobilinin toqquşması nəticəsində “Ford”da yanğın baş verib.


Yanğının kəşfiyyatı zamanı minik avtomobildə şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru