Azərbaycanda məhkəmə məscidin 180 min manat qaz borcunu sildi

22-03-2019, 12:49           
Azərbaycanda məhkəmə məscidin 180 min manat qaz borcunu sildi
Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən “İmam Həsən” məscidinə ötən il qazdan istifadəyə görə “Azəriqaz” tərəfindən dini icmaya külli miqdarda borc qəbzi verilib. Teref.az-ın FED.az-a istinadən verdiyi xəbərə görə, qəbzdə məscidin 180 min manatlıq qaz borcunun yarandığı qeyd olunub.

Bununla bağlı məscidin dini icması 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək borcun əsassız olaraq hesablandığını bildirib və silinməsini istəyib.

Məhkəmə məscidin tələbini müsbət cavablandırıb və qaz borcunun silinməsinə qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru