Çində 26 nəfər turist avtobusunda yanaraq ölüb 23-03-2019, 07:49 Cümə günü Mərkəzi Çinin Hunan əyalətinin Çande şəhərində hərəkətdə olan turist avtobusunun yanması nəticəsində azı 26 nəfər ölüb, 28-i xəsarət alıb.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Sinhua" məlumat yayıb.Bildirilir ki, xəsarət alanlardan beşi kritik vəziyyətdədir. Facebook-da paylaş