Malidə 110 çoban öldürülübC

24-03-2019, 00:00           
Malidə 110 çoban öldürülübC
Naməlum silahlılar gecə vaxtı yaşayış məntəqələrinə hücum edərək orada qətllər törədiblər

Malinin mərkəzində Bankas şəhəri yaxınlığında silahlı şəxslər fulani qəbiləsindən olan 110 çobanı qətlə yetirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bankas kommunasının merinə istinadən "Reuters" məlumat yayıb.

Merin sözlərinə görə, ovçu geyimində olan naməlum silahlılar gecə vaxtı Bankas yaxınlığındakı Oqossaqu və Velinqara yaşayış məntəqələrinə hücum edərək, orada qətllər törədiblər.

Oqossaqu sakinlərindən biri hücumu 23 Mali əsgərinin öldürülməsinin qisası kimi qiymətləndirib. Həmin hərbçilər “Əl-Qaidə” terror qruplaşması ilə qarşıdurmada həlak olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru