İndoneziyada 5,4 maqnituda gücündə zəlzələ olub 24-03-2019, 08:34 Bazar günü İndoneziyanın Sulavesi adası ərazisində 5,4 maqnituda gücündə zəlzələ olub.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.Bildirilir ki, yeraltı təkanların episentri Palu şəhərindən 130 km. cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yerin 60 km. dərinliyində olub.Dağıntı və tələfat barədə məlumat yoxdur. Facebook-da paylaş