Bir şüşə canlı soxulcan uddu – Xərçəng xəstəsindən şok addım

24-03-2019, 08:51           
Bir şüşə canlı soxulcan uddu – Xərçəng xəstəsindən şok addım
Çinin Xian şəhərində bir nəfər qadın ənənəvi üsulla sağalmaq qərarı verib və ağciyər xərçəngindən xilas olacağını düşünərək, bir şüşə soxulcan (larva) udub.

Teleqraf.com xəbər verir ki, 2016-cı ildə adı mediaya açıqlanmayan qadının ağciyərində bədxassəli şiş aşkar olunub.

Sonrakı 3 il ərzində isə qadın xəstəlikdən xilas olmaq üçün müxtəlif üsullardan istifadə edib. Bu məqsədlə də sürətlə sağalmaq üçün canlı larvaları udmağa başlayıb. Bir ay sonra isə qadın sinə və mədəsindən ağrı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər qadının qarnında canlı soxulcanlara rast gələndə dəhşətə gəliblər.

Xəstəyə dərhal dərmanlar verilib və qısa müddətdən sonra ağrılar kəsilib.

Həkimlər ona ənənəvi tibbin çox təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.