Terrorçular Hələbin ətraf ərazilərini atəşə tutublar

26-03-2019, 07:47           
Terrorçular Hələbin ətraf ərazilərini atəşə tutublar
Terrorçular Suriyanın Hələb şəhərinin ətraf ərazilərini atəşə tutublar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın dövlət televiziyası xəbər verir.

Telekanalın məlumatına əsasən, terrorçular odlu silah və minaatanlardan Hələb Əl-Cadid (Yeni Hələb) ərazisini atəşə tutublar.

Hadisə nəticəsində ölən və yaralananlar barədə hələki məlumat yoxdur.

Qeyd edək ki, ötən həftə silahlıların Hələb şəhərinin Əz-Zəhra qəsəbəsində məktəb avtobusunu atəşə tutmaları nəticəsində iki uşaq həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru