“Həmin videogörüntüdəki mülki geyimli şəxslər…” – FHN Mətbuat xidməti

26-03-2019, 21:44           
“Həmin videogörüntüdəki mülki geyimli şəxslər…” – FHN Mətbuat xidməti
Fövqəladə Hallar Nazirliyi Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

Məlumatda bildirilir ki, bəzi sosial şəbəkə səhifələrində bu gün “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı mülki geymli şəxslərin də yanğının söndürülməsində iştirak etməsini əks etdirən videogörüntü paylaşılıb.

Bildiririk ki, həmin videogörüntüdəki mülki geyimli şəxslər əslində FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləridir, bu gün onların istirahət günləri olmasına baxmayaraq, hadisə yerinə yaxın yaşadıqlarından öz həmkarlarına kömək məqsədilə əraziyə gəliblər. FHN bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, dəqiqləşdirilmədən qərəzli şəkildə yayılan video və digər məlumatlara deyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.