Senatordan ŞOK: Cinayət işini 65 milyona sifariş veriblər
27-03-2019, 07:26
Moskva məhkəməsi Kabardin-Balkariyadan olan eks-senator Rauf Araşukovu həbsdən azad etməyib. Muxalifet.az xəbər verir ki, məhkəmə onun həbs müddətinin 3 ay uzadılmasına qərar verib. Məhkəmədə çıxış edən Araşukov özünü günahkar saymadığını və onunla bağlı başladılan cinayət işinin sifarişli olduğunu bildirib. O bu cinayət işinin 65 milyon rubla sifariş verildiyini deyib. Araşukov sifarişçinin kim olduğunu bildiyini qeyd edib: “Mən bu sifarişçilərin kim olduğunu, killerlərə bu cür ifadə vermələri üçün kimin ödəniş etdiyini bilirəm. Mən bilirəm ki, bu killerlərdən birinə 30 milyon rubl, digərinə isə 35 milyon rubl verilib. Mən hətta bunu kimin verdiyini və necə razılaşma olduğunu bilirəm. Məndə ailəmə və özümə qarşı sui-qəsdin hazırlanmasıyla bağlı sübutlar var”.