Təhlükəsizlik generalının meyiti öz evində aşkar edildi
27-03-2019, 07:44
Zabit paytaxın şimalında yaşayıb Moskvada mənzillərin birində Federal Təhlükəsizlik Xidmətinin (FTX) generalının meyiti tapılıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verib.
Onun sözlərinə görə, zabit paytaxın şimalında yaşayıb. Orada FTX-nın təqaüd vəsiqəsi də aşkarlanıb. Mənbənin məlumatına əsasən, meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda hüquq-mühafizə orqanları kişinin hansı səbəbdən öldüyünü araşdırır.
Qeyd edək ki, dünyasını dəyişmiş 59 yaşlı Sergey Sokolov FTX-nın idarələrindən birində rəhbər vəzifədə çalışıb. Onun mənzilində odlu silah, Glock tapançası, travmatik tapança, ov tüfəngi və 150 güllə aşkarlanıb.