ABŞ-da elektrik stansiyasında partlayış olub

27-03-2019, 09:45           
ABŞ-da elektrik stansiyasında partlayış olub
ABŞ-ın Florida ştatında yerləşən istilik elektrik stansiyasında güclü partlayış baş verib.

Cebhe.info xəbər verir ki, hadisə zamanı 33 mindən çox istifadəçi elektrik enerjisiz qalıb. Partlayışdan sonra yanğın baş verib.

Rəsmilər olayın terror aktı olmadığını bildiriblər.

Fövqəladə xidmət və şirkət nümayəndələri elektrik enerjisinin bərpa olunması üçün işlər aparır.

Xəsarət alanlar barədə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.