“Diqlas” ticarət mərkəzi bu iş adamına məxsus imiş – RƏSMİ

27-03-2019, 18:45           
“Diqlas” ticarət mərkəzi bu iş adamına məxsus imiş – RƏSMİ
Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazidəki “Diqlas” Ticarət Mərkəzi yanıb.

Məlum olub ki, “Diqlas” ticarət mərkəzi iş adamı Araz Rəhimova məxsusdur. Sahibkar həmçinin yaxınlıqda yerləşən “Lotos” ticarət mərkəzinin də sahibidir.

“Diqlas” adı ilə Vergilər Nazirliyində iki qurum – “Diqlas Kvant” və “Diqlas 2” MMC-lər mövcuddur. Hər iki MMC-nin qeydiyyat ünvanı eynidir və hüquqi şəxsdir.

“DIQLAS 2” Məhdud Məsuliyyətli Cəmiyyəti 19 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi iş adamı kimi tanınan Rəhimov Araz Nüsrət oğludur. (unikal)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru