Şagirdlər müəllimi döydü - Bakıda

27-03-2019, 18:53           
Şagirdlər müəllimi döydü - Bakıda
Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı məktəbdə şagirdlər birləşib müəllimi döyüblər.

Teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, döyülən ingilis dili müəlliminin 21 yaşı var. Müəllim müxtəlif xəsarətlər aldığından məktəbə təcili yadım çağırılıb. Müəllimin xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertizaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov müəllimin döyüldüyünü və məktəbə təcili yardım çağırıldığını təsdiqləyib. Bildirib ki, döyülən müəllimin həyatı üçün təhlükə yoxdur. Hadisənin motivini araşdırmağa çalışırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru