Azəravtoyol” ASC-nin sədr müavini ilə bağlı yazılanlar təsdiqini tapmadı

27-03-2019, 23:15           
Azəravtoyol” ASC-nin sədr müavini ilə bağlı yazılanlar təsdiqini tapmadı
Bir müddət öncə bəzi saytlarda “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevə məxsus olduğu iddia edilən mülklərin və onun sahib olduğu bildirilən sərvətin siyahısı dərc olunmuşdu.

Sözügedən məqalə sfera.az-da da işıqlandırıldıqdan sonra bununla bağlı müxtəlif etiraz və iradların bildirilməsi mövzunu dərindən araşdırmaq zərurəti yaratdı. Aparılan jurnalist araşdırmasından sonra isə bəlli oldu ki, əslində ona məxsus olduğu bildirilən obyektlərlə Əvəz Qocayevin hansısa bağlılığı yoxdur.

Yazıda eləcə də digər qeyri-səhih informasilar yer aldığından həmin yazı saytın arxivindən götürülmüş, məqaləni heç bir dəqiqləşdirmə aparmadan qələmə alaraq “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin işgüzar nüfuzuna xələl gətirmiş əməkdaşımız isə cəzalandırılmışdır.

Odur ki, faktlar təsdiqini tapmadığından sözügedən məqalənin həqiqəti əks etdirmədiyini bildiririk.

(musavat.com)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.