Haitidə Çili səfirinin olduğu kortejə silahlı hücum edilib

28-03-2019, 07:41           
Haitidə Çili səfirinin olduğu kortejə silahlı hücum edilib
Haitidə naməlum şəxslər Çili respublikasının fövqəladə və səlahiyyətli səfirinin olduğu avtomobil karvanına silahlı hücum edib. "Report" "TASS"a istinadən xəbər verir ki, bunu Çilinin daxili işlər naziri Andres Çadvik deyib. Onun sözlərinə görə, silahlı hücum Buten yaşayış məntəqəsində baş verib.

Hücumun qarşısı korteji müşayət edən polislər tərəfindən alınıb. Lakin atışma zamanı “America Solidaria” təşkilatının əməkdaşı olan Haiti vətəndaşı həyatını itirib. Səfir və onun xanımı silahlı hücum nəticəsində xəsarət almayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru