Heydər Əliyev prospektində dəhşətli qəza – ÖLƏN VƏ YARALANANLAR VAR 29-03-2019, 09:55 Tovuz rayonunda ağır yol qəzası baş verib.Publika.az xəbər verir ki, Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev prospektində “Vaz 2106” markalı minik avtomobili ilə “Daewoo” toqquşub.Nəticədə “Vaz 2106”da olan şəxslərdən 28 yaşlı oğlan həlak olub, daha 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.Faktla bağlı Tovuz rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. Facebook-da paylaş