Əkiz uşaqlara işgəncə verən dayə həbs edildi

30-03-2019, 00:12           
Əkiz uşaqlara işgəncə verən dayə həbs edildi
47 yaşlı qadın dayəlik etdiyi körpələrə işgəncə verdiyi üçün polislər tərəfindən saxlanılıb

Rusiyada 47 yaşlı qadın dayəlik etdiyi körpələrə işgəncə verdiyi üçün polislər tərəfindən saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, qadın əkizləri 4 ay ərzində amansızcasına döyüb.

Hadisə Moskvanın şimal-qərbində baş verib. Ötən ilin dekabr ayından bu il mart ayının 9-dək əkizlərə baxan dayə həmin vaxt ərzində körpələri o ki var döyüb. Qadının körpələri döyməsi ailənin evdə quraşdırdığı müşahidə kameralarına düşüb. Mart ayında ailənin baş verənlərdən xəbərdar olduğunu öyrənən dayə tələsik işdən çıxıb.

Ailə isə hadisə barəsində polisə məlumat verib. Martın 28-də polis qadını saxlayıb. Qadına qarşı Rusiya Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsi (yetkinlik yaşına çatmayan və özünü müdafiə etmək imkanı olmayanlara işgəncə verilməsi) ilə cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.