ABŞ-da naməlum şəxs mağazada insanlara atəş açıb, reper "Nipsey Hussle" öldürülüb - FOTO

1-04-2019, 07:43           
ABŞ-da naməlum şəxs mağazada insanlara atəş açıb, reper "Nipsey Hussle" öldürülüb - FOTO
Amerikalı reper, "Nipsey Hussle" ləqəbli Ermis Asqedom güllələnib.

"Report" xəbər verir ki, bu barədə TMZ internet-resursu bildirib.

Bildirilir ki, o, Los-Ancelesdə (Kaliforniya ştatı) qətlə yetirilib. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, naməlum şəxs geyim mağazasında insanlara atəş açıb. Hadisə zamanı 3 nəfər, o cümlədən musiqiçi "Nipsey Hussle" yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Qatil axtarışa verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar qaradərilidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru