Filippində 5,5 bal gücündə zəlzələ olub 1-04-2019, 07:49 Filippin sahillərində 5,5 bal gücündə zəlzələ olub.Trend-in məlumatına görə, zəlzələ UTC vaxtı ilə 02:16-da qeydə alınıb.Zəlzələnin episentri Sulanqan şəhərindən 38 kilometr cənubda yerləşib. Yeraltı təkanlar 57,7 kilometr dərinlikdə baş verib.Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Facebook-da paylaş