“Xiaomi” smartfonlarında ciddi boşluq tapıldı

5-04-2019, 00:00           
“Xiaomi” smartfonlarında ciddi boşluq tapıldı
“Xiaomi” smartfonlar “Wi-Fi” üzərindən haker hücumuna məruz qala bilər.

“Qafqazinfo” “LifeRu”ya istinadən xəbər verir ki, bu barədə informasiya təhlükəsizliyi şirkəti olan “Check Point” məlumat yayıb.

İddialara görə, “Xiaomi” smartfonlarının təhlükəsizliyini qorumalı olan “Guard Provider” proqramında boşluq aşkar edilib. Belə ki, utilit serverə bağlanma zamanı qorunmayan qoşulmadan istifadə edilir. Bu isə hakerlərə birbaşa smartfonlara müdaxilə etməyə imkan verir.

“Xiaomi” şirkətindən bildirilib ki, hazırda Avast ilə bu problemin həlli üzərində iş aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru