“WhatsApp” üçün yeni üsul - Aldanmayın

5-04-2019, 07:51           
“WhatsApp” üçün yeni üsul - Aldanmayın
“Eset” antivirus proqram təminatı istehsalçısı “WhatsApp” istifadəçilərini diqqətli olmağa səsləyib. Lent.az ictnews-a istinadən xəbər verir ki, “fişinq” hücumu zamanı messencerdə interfeysin rənginin dəyişdirilməsi adı altında zərərverici genişlənmə quraşdırılır.

Şirkətin məlumatına görə, potensial qurbanlar “WhatsApp”ın interfeysinin yaşıl rəngini istənilən digər rəngə dəyişdirməyi təklif edən mesaj alırlar. Bundan ötrü istifadəçilər linkə keçid etməli, zərərverici komponent və ya bütün proqramı quraşdırmalıdırlar.

Fərdi kompüter və noutbuk istifadəçilərinə “Chrome” brauzeri üçün “Black Theme for WhatsApp” adlı genişlənməni yükləmək tövsiyə edilir. Messenceri açdıqdan sonra quraşdırılmış genişlənmə avtomatik olaraq kontakt siyahısı və qrup çatları üzrə “cəlbedici” təklif göndərir.

Smartfon sahiblərini virusa yoluxdurmaq üçün başqa ssenari nəzərdə tutulub. Onlar interfeysin rənginin dəyişdirilməsi üçün linkin 30 dost və ya 10 çat ilə paylaşılması haqqında bildiriş alırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru