Prezident İlham Əliyev bu gün daha bir fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında (2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668 ) aşağıdakı dəyişikliklər edilib:
1.1. adında "müavinətin” sözü "sosial müavinətin” sözləri ilə əvəz edilsin;
1.2. 1-ci hissədə "müavinətin” sözü "sosial müavinətin” sözləri ilə, "33 (otuz üç)” sözləri "55 (əlli beş)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.