Venesuelada həbsxanadan kütləvi şəkildə 60-a yaxın məhbus qaçıb

17-04-2019, 07:34           
Venesuelada həbsxanadan kütləvi şəkildə 60-a yaxın məhbus qaçıb
Venesuelanın Nueva-Esparta ştatında həbsxanadan kütləvi şəkildə məhbuslar qaçıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yerli "Noticias Venezuela" portalının məlumatına görə, həbsxanadan təxminən 60 məhbus qaçıb və silahla iki mühafizəçiyə hücum edib.

Hər iki mühafizəçi yaralanıb və xəstəxanaya çatdırılıb. İlkin məlumata əsasən, ölən məhbuslardan biridir.

Qaçan məhbuslar həbsxananın karaul otağında olan silahı götürməyə nail olublar. Hal-hazırda qaçan məhbusların axtarışı üzrə işlər aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru