Notr-Dam kilsəsində baş vermiş yanğının ilkin səbəbi açıqlanıb 17-04-2019, 07:35 Parisin ən möhtəşəm tarixi abidəsi olan Notr-Dam kilsəsində baş vermiş yanğını araşdıran kriminalistlər onun səbəbləri barədə ilkin qənaətə gəlib.ONA-nın “Le Parisien” nəşrinə istinadən verdiyi xəbərə görə, ilkin versiya olaraq yanğına elektrik xətlərində yaranmış nasazlıq səbəb kimi göstərilib.Ancaq bununla belə, yanğının abidənin hansı hissəsindən qaynaqlandığı dəqiqləşdirilməyib. Facebook-da paylaş