Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən AÇIQLAMA

18-04-2019, 12:07           
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edilməsi və təhqir olunması hadisəsi ilə bağlı açıqlama verib.

FaktXəbər bildirir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaşlar qarşılaşdıqları kriminal xarakterli əməllər, hüquq pozuntuları ilə bağlı nazirliyin “102 Xidməti”nə müraciət etməlidirlər: “Bu hadisə ilə də bağlı “102 Xidməti”nə müraciət edilib. Həmin yeniyetmə və anası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunub. Faktla bağlı ərizə alınıb, araşdırma aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılsa da, qeyri-etik ifadələr yer aldığı üçün yayımlamırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru