ABŞ-da atışma zamanı 12 nəfər öldürülüb, daha 6 nəfər yaralanıb - FOTO

1-06-2019, 07:03           
ABŞ-da atışma zamanı 12 nəfər öldürülüb, daha 6 nəfər yaralanıb - FOTO
ABŞ-ın kurort şəhəri Virciniya-Biç şəhərində baş vermiş atışma zamanı ölənlərin sayı 12 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Cim Server bildirib.

"Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü", - deyə Server bildirib. O, qeyd edib ki, yaralılardan 4-ü hazırda xəstəxananın cərrahi əməliyyat stolundadır.

Polisin son məlumatına görə, bələdiyyə binasında atəşi yerli özünü idarəetmə orqanının yüksək təcrübəli işçisi açıb. Hadisəni törədən öldürülüb.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru