“Youtube”dan milyonçu olan uşaq - 22 milyon dollar qazanıb

12-06-2019, 18:10           
“Youtube”dan milyonçu olan uşaq - 22 milyon dollar qazanıb
Bizə müxtəlif maraqlı videolar təklif edən "Youtube” portalı həm də çox adamı varlandırıb. Bu insanların arasında uşaqlar da var.

EkoNews xəbər verir ki, Rayan Kaci "Youtube”-da ən çox pul qazanan uşaq kimi tanınır. Keçən ilin göstəricilərinə görə "Forbes” onu hətta dünyada bu portaldan ən çox gəlir qazanc götürən adam elan etmişdi.

Rayan 2011-ci ilin oktyabrında Los-Ancelesdə doğulub. Yəni hələ 8 yaşı tamam olmayıb. Buna baxmayaraq, portaldakı abunəçilərinin sayı 20 milyon nəfərə yaxınlaşır (19 milyon 656 min). İndiyə qədər videolarına 29 milyard 844 milyon dəfə baxılıb. "Forbes” Kacinin 22 milyon dolları olduğunu iddia edir.

Rayana videoları çəkməkdə valideynləri kömək göstərir. Ortaya böyük yaradıcılıq nümunəsi qoyulmur, sadəcə, yeni oyuncaqların özəlliyi ilə abunəçiləri heyrətləndirməyə çalışırlar. Rayanın "Ryan ToysReview” kanalında az qala hər gün video yerləşdirlir. Dörd ildir fəaliyyət göstərən kanal indiyə qədər 1417 video təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru