Ağdaşdan Bakıya qonaq gələn 50 yaşlı kişi itkin düşdü
15-06-2019, 00:03
Bakıda 50 yaşlı kişi itkin düşüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Ağdaş rayonundan Bakıya qonaq gəlmiş, 1969-cu il təvəllüdlü İsgəndərov Cavanşir Əjdər oğlu Bakının Xətai rayonu, Salmani küçəsi, ev 5, mənzil 23-də yaşayan qohumunun evinə qonaq gəlib.
İyunun 12-də o həmin evdən çıxıb və bir daha geri qayıtmayıb.