İsrail hərbçiləri ilə toqquşmalarda bir fələstinli gənc öldürülüb

28-06-2019, 07:43           
İsrail hərbçiləri ilə toqquşmalarda bir fələstinli gənc öldürülüb
Qüdsün şimalındakı İssaviya şəhərinin ətrafında fələstinli nümayişçilərlə İsrail hərbçiləri arasında toqquşma olub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, toqquşma zamanı İsrail hərbçiləri odlu silahdan istifadə edib və nəticədə ürəyindən güllə yarası alan 20 yaşlı fələstinli Samir Obeyd həyatını itirib. Daha bir neçə nəfərin də xəsarət aldığı deyilir.

Məlumata görə, israilli hərbçilər şəhərətrafı yolları bağlayıb və nümayişçilər arasında həbslərə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru