Sığortaçının əmlakı açıq hərrac yolu ilə hansı müddətdə satıla bilər?

13-11-2015, 22:00           
Sığortaçının əmlakı açıq hərrac yolu ilə hansı müddətdə satıla bilər?
Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 118.4-cü maddə əlavə edilir:

“118.4. Sığortaçının əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.”.

Dövlət başçısı, həmçinin “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, 46.25-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Səhmdar investisiya fondunun əmlakının açıq hərrac yolu ilə satılması onun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.