Bakıda qadına qarşı 240 min dollarlıq dələduzluq

16-11-2015, 13:49           
Bakıda qadına qarşı 240 min dollarlıq dələduzluq
Bakı sakini külli miqdarda vəsaitinin mənimsənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

APA TV-nin məlumatına görə, Tünzalə Əliyeva adlı qadın bildirib ki, Nəsimi rayonu Quliyev küçəsində tikilən çoxmərtəbəli binada mənzil almaq məqsədi ilə həmin ərazidə tikinti aparan şirkətin rəhbərlərindən olan İlkin adlı şəxsə 239 840 dollar pul verib. Həmin şəxs bu pulun qarşılığında Tünzalə Əliyevaya 3 ədəd ikiotaqlı mənzil təqdim etməli olsa da, vədinə əməl etməyib və vəsaiti mənimsəyib.

Tünzalə Əliyeva məsələnin qanun çərçivəsində həll edilməsini xahiş edib.

Müraciət əsasında araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.