Kiyevin mərkəzində partlayış nəticəsində iki nəfər ölüb

23-10-2019, 05:00           
Kiyevin mərkəzində partlayış nəticəsində iki nəfər ölüb
Kiyevin mərkəzində, Puşkinskaya küçəsində yerləşən 34-cü binanın girişində partlayış baş verib.

APA “İnterfax”a istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, bir qız isə yaralanıb.

Şevçenko polis şöbəsi faktı təsdiqləyib.
Qeyd edilib ki, bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları hadisənin başvermə səbəblərini müəyyənləşdirir.

Yerli mediada yayılan məlumatlara görə, Ukraynanın şərqində xidmət edən hərbçilərlə mühafizəçilər arasında qarşıdurma olub. Hərbçinin özü ilə qumbara götürdüyü bildirilib. Partlayışın məhz həmin qumbaranın atılması nəticəsində baş verdiyi ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru